MY “Barsa”nın “qapısını döyəcək”: 70 milyonluq təkliflə
“Barselona”nın ulduzu braziliyalı vinger Rafinha Diaş yayda klubu tərk edə bilər.
Aut.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə hazırda çətin günlər yaşayan “Mançester Yunayted” maraqlanır. “Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim hesab edir ki, Rafinya klubu əvvəlki şöhrətinə qaytara biləcək oyunçudur.
“Yunayted” artıq kataloniyalılar üçün 70 milyon avroluq transfer təklifi hazırlayıb. Mançester təmsilçisinin Rafinyanın transferindəki yeganə rəqibi “Liverpul”dur.
Aut.az
