İngiltərə

Yeni müqavilə ilə bağlı danışıqlar necə keçib? – Salah hər şeyi açıqladı

Məhəmməd Salah “Liverpul”la müqavilənin uzadılması ilə bağlı danışıqların necə getdiyini açıqlayıb.

“Liverpul” aprel ayında misirli cinah oyunçusu ilə yeni iki illik müqavilə imzalayıb.

– Müddətin uzadılması ilə bağlı qeyri-müəyyənlik, hər həftə jurnalistlərin sualları, azarkeşlərin sualları ilə üzləşmək nə qədər çətin idi?

– Məncə, bu, yaxşı hal idi, çünki statistika baxımından həyatımın ən yaxşı mövsümünü keçirdim (gülür). Buradakı son mövsümüm olması ehtimalı, yəqin ki, söz verdiyim bu titulu qazanmaq üçün özümü itələməyə və bütün varlığımı verməyə məcbur etdi. Mən belə düşündüm: əgər klub müqaviləmi yeniləmək istəmirsə, eybi yoxdur, mövsümü mümkün qədər yaxşı başa vurmalıyıq ki, mən ön qapıdan gedə bilim.

– Doğrudan da getməyi düşünürdünüz?

– Bəli, mümkün idi. Həm də bir az qəribə idi, bu mövsüm çox çalışdıq və danışıqlar asan olmadı. Sonda hər şey yaxşı bitdi: biz çempionuq və mən daha iki mövsüm burada qalacağam”, – Salah gülümsəyərək deyib.

Aut.az