Mançesteri Londona dəyişəcək
“Vest Hem” “Mançester Yunayted”in müdafiəçisi Aaron Wan-Bissaka ilə anlaşıb.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Klubların özləri hələ ki, keçidin məbləği ilə bağlı razılığa gələ bilməyiblər. Böyük ehtimalla futbolçu London təmsilçisinə satılacaq.
Van-Bisakanın yerinə “Mançester Yunayted” ” Bavariya”dan Nussaira Mazrauini alacaq.
Aut.az
