Təkqollu məşqçi Kloppla görüşdü – Gey olduğunu açıqladı
“Sankt- Pauli”nin U19 komandasının məşqçisi Kristian Dobrik açıq şəkildə gey olduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, onun Yurgen Kloppla görüşü də bu qərarına təsir edib.
Bu barədə “Sportschau.de” məlumat yayıb.
Dobrik RTL-ə verdiyi müsahibədə deyib: “Mən futbol məşqçisiyəm, 29 yaşım var. Və burada oturmağımın səbəbi, nəticə etibarilə, gey olmağımdır və bunu dilə gətirmək istədim”.
O, Almaniyada peşəkar klubda bu cür şəxsi detalı paylaşan ilk aktiv futbol məşqçisidir.
Dobrik əlavə edib ki, “Peşəkar futbolda geylər hələ də yadplanetli hesab olunurlar”.
O, “futbol karyerasının məhv olacağından” qorxduğu üçün bunu gizli saxlayıb, klub onu dəstəkləyib.
Məşqçi deyib ki, məşhur Yurgen Kloppla görüşü də ona bu qərarı verməyə kömək edib. “Liverpul”un keçmiş baş məşqçisi ona deyib: “Məşqçi kimi hər kəs ola bilərsən, amma insan kimi hansı tərəfdəsə durmalısan. Özün olmalısan”.
Bu ifadə Dobrikin peşəkar şüarına çevrilib.
Aut.az
