İspaniya

Görün Rafinya kiminlə bir komandada oynamaq istəyir

“Barselona”nın braziliyalı cinah oyunçusu Rafinya hansı oyunçunu komanda yoldaşı kimi görmək istədiyi ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, “Barca Universal” Rafinyanın sözlərini sitat gətirib:

“Birlikdə oynamaq istədiyim oyunçu? Harri Keyn”.

Harri Keyn 2023-cü ildə 95 milyon avroya “Tottenhem”dən “Bayern Münhen”ə keçib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Bu mövsüm ingilis hücumçu Münhen klubunun heyətində bütün yarışlarda 50 oyunda iştirak edib, 58 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” onun dəyərini 65 milyon avro qiymətləndirir.

Aut.az