İspaniyaİngiltərə

“Barsa” “Siti”nin kapitanı ilə razılaşıb?

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını “Barselona”da davam etdirməyə hazırdır.

Aut.az xəbər verir ki, “El Nacional”ın məlumatına görə, “Siti”nin kapitanı artıq Kataloniya nəhənginə qoşulmağa şifahi razılıq verib. 31 yaşlı futbolçu mövsümün sonunda azad agent olacaq, onun hazırkı müqaviləsi iyun ayında başa çatır.

Bernardo Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Bu mövsüm yarımmüdafiəçi Xosep Qvardiolanın komandasında bütün yarışlarda 43 oyuna çıxıb, üç qol vurub və beş məhsuldar ötürmə edib. “Yuventus”, “Milan” və “Qalatasaray”ın da portuqaliyalı futbolçu ilə maraqlandığı barədə şayiələr yayılıb.

Aut.az