Dünya futbolu

Trezege bu klubun prezidenti postuna namizəd olacaq

“Yuventus”un və Fransa yığmasının sabiq hücumçusu David Trezeqe Argentinanın “River Pleyt” klubunun prezidenti postuna namizədliyini irəli sürməyi planlaşdırır.

Aut.az “TNT Sport”a istinadən xəbər verir ki, Trezege 2021-ci ildə Turin klubundan ayrıldıqdan sonra yeni futbol layihəsi axtarır. Hazırda sabiq forvard komandası ilə 2025-ci ilin dekabrında keçiriləcək seçkilərə hazırlaşır.

David uzun müddət “Yuventus”da çıxış edib və burada klub tarixinin ən uğurlu legioneri olub. O, 1998-ci ildə dünya və 2000-ci ildə Avropa çempionu olan Fransa millisində çıxış edib. Hətta Avro-2000-nin finalında İtaliya millisinin qapısına qızıl qolu vuraraq komandasına 2:1 hesabı ilə qələbə qazandırıb.

Fransalı əfsanə 2012-2014-cü illərdə “River Pleyt”də çıxış edib. Hücumçu Buenos-Ayres klubunda 38 oyun keçirib, 17 qol vurub.

Aut.az