Millidə oynadığı üçün pul alanları qınadı: Gülməlidir
PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe futbolçulara milli komandalarının oyunlarında iştirak üçün ödənilən qonorardan danışıb.
Aut.az xəbər verir ki, Mbappe bunun yolverilməz olduğunu bildirib.
“Futbolçuların milli komandalarından pul alması mənə gülməli gəlir. Siz ölkənizi təmsil etdiyiniz üçün pul almamalısınız”, – deyə Mbappe “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Xatırladaq ki, daha əvvəl mətbuatda Kilian Mbappenin “Real Madrid”lə müqavilə imzaladığı barədə məlumat yayılmışdı. “RMC Sport”un məlumatına görə, forvard 9 nömrəli forma geyinəcək. “Real” transferi rəsmi olaraq açıqlamayıb, lakin bunu Avropa çempionatı başlamazdan əvvəl edəcəyi gözlənilir.
Bu mövsüm Kilian Mbappe PSJ-nin heyətində 37 oyun keçirib, 38 qol vurub və 8 məhsuldar ötürmə edib.
Aut.az
