Futbol Amerika idman növünə çevrilir – Məşhur fransız
Fransa millisinin keçmiş futbolçusu Emmanuel Peti DÇ-2026-nın kommersiyalaşdırılması ilə bağlı fikirlərini bildirib.
Aut.az xəbər verir ki, o, müasir futbolun getdikcə şouya çevrildiyini və mahiyyətini itirdiyini qeyd edib.
“Bu, şounun bir hissəsidir. Bu turnirdə əvvəllər heç vaxt baş verməyən bir çox şey baş verir. Düzünü desəm, bəzən həddindən artıq irəli gedir. Oyunun özünü və ritmini qorumaq vacibdir. Məsələn, su fasiləsini götürək. Bəzi hallarda, bunlar həqiqətən zəruridir – məsələn, Fransa-Paraqvay matçında temperatur 35 dərəcəyə çatanda. Bunu başa düşürəm. Lakin əksər hallarda komandalar kondisionerli və qapalı damlı stadionlarda oynayırlar.
Komandalar yenicə həvəsə gəlirlər ki, oyun dayandırılır. Su fasiləsindən sonra meydandakı vəziyyət dəyişir. Bu cür fasilələrdən yaranan müxtəlif ssenarilərin dəfələrlə şahidi olmuşam.
Futbolun da bir biznes olduğunu və tədricən Amerika idman növünə çevrildiyini başa düşürəm: televiziya reklamı, müxtəlif kommersiya elementləri. İnvestorların pul yatırdığını başa düşürəm. Amma bəzən hər şey ağlabatan hədləri aşır”, – deyə “talkSPORT” Petinin sözlərini sitat gətirib.
Aut.az
