Dünya futboluDünya cempionatı

Kabo-Verde millisinin müdafiəçisindən sensasion etiraf

Kabo-Verde millisinin müdafiəçisi Roberto Lopes komandaya iş axtarışı tətbiqi vasitəsilə qoşulduğunu təsdiqləyib.

Aut.az xəbər verir ki, ölkənin futbol assosiasiyası onunla “LinkedIn” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb. O, bu barədə “Reuters”ə danışıb.

Qeyd etmək lazımdır ki, irlandiyalı (atası Kabo-Verdedə anadan olub – red.) mesajı portuqal dilində alıb və əvvəlcə spam olduğunu düşünərək onu qulaqardına vurub.

“Doqquz ay sonra onlar mənə yenidən məktub yazdılar – bu dəfə ingilis dilində və Kabo-Verde millisində oynamaq təklifini nəzərdən keçirib-keçirmədiyimi soruşdular. Yalnız bundan sonra əvvəlcə etməli olduğumu etdim – orijinal mesajı “Google” vasitəsilə tərcümə etdim. Sosial media vasitəsilə ünsiyyət qurmaq olduqca qəribə bir yanaşma idi. Daha sonra onlar mənə klubumla əlaqə saxlamaqda çətinlik çəkdiklərini izah etdilər. Bu fürsətin mənim üçün açıq olduğunu anladığım zaman ideyanı əvvəldən dəstəklədim. Və bütün lazımi sənədləri doldurmaq üzərində işləməyə başladıq”.

Kabo-Verde millisi turnirin 1/16 finalında Argentinaya əlavə vaxtda 2-3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Aut.az