Prokurorluq bu ölkənin Peşəkar Futbol Liqasında axtarışlara başladı
Fransa milli maliyyə prokurorluğu CVC investisiya fondu ilə bağlanmış müqaviləyə baxılması çərçivəsində Peşəkar Futbol Liqasının (LFP) qərargahında axtarışlar aparır.
Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.
İstintaq CVC fondunun 2022-ci ildə 1,5 milyard avroya LFP-də 13% pay aldığı müqavilənin bağlanması zamanı mümkün pozuntulara dair şübhələr səbəbindən 2024-cü il iyulun 16-da başlayıb.
Prokurorlar 37,5 milyon avro mükafatın liqa klubları arasında düzgün bölüşdürülmədiyini araşdırır. Qeyd olunur ki, axtarışlar CVC-nin ofisində və LFP rəhbəri Vincent Labrunun evində də aparılır.
Aut.az
