“Çelsi”nin futbolçusundan etiraf: Ailəsində bu iki klubu dəstəkləyirlər
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə Premyer Liqasının 15-ci turunun “Mançester Yunayted”lə qarşıdakı oyunu haqda danışıb.
“Oyundan həzz alıram. Mən heç vaxt “Old Trafford”da oynamamışam. Oynayacam və bir neçə qol vuracam!
Orada “Yunayted”ə azarkeşlik edən bir neçə dostum olacaq. Onlar birləşmiş tribunalarda olacaqlar. Digər yoldaşlarım isə “Çelsi”nin tribunalarında olacaqlar. Ailəmdə bir neçə nəfər “Siti”ni, bir neçə nəfər isə “Yunayted”i dəstəkləyir. Maraqlı olacaq”, – deyə Palmer “Çelsi”nin rəsmi saytına bildirib.
İngiltərə Premyer Liqasının cari mövsümündə 21 yaşlı Koul Palmer 12 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
Aut.az
