İlk dəfə “Old Trafford”da oyuna çıxdı, ağladı – FOTO
“Vest Hem”in yarımmüdafiəçisi Qvido Rodriqes İngiltərə Premyer Liqasının 36-cı turunun “Mançester Yunayted”lə oyunundan (2:0) sonra göz yaşlarına boğulub.
Aut.az xəbər verir ki, Qvido uşaqlıq arzusuna arzusuna çadığı – əfsanəvi “Old Trafford”da oynamağı bacardığı üçün ağlayıb.
“Bazar səhərləri evdə oturub Premyer Liqaya və “Old Trafford”a baxan, bir gün futbolçu olmaq arzusunda olan balaca Quido nə baş verdiyi, əzmkarlığı sayəsində nələr əldə etdiyi ilə çox fəxr edərdi. Prosesdən həzz almağa davam edirəm. Oyundan sonra ağlayıram”, – Rodriqes sosial şəbəkədə yazıb.
Bu mövsüm 31 yaşlı futbolçu 22 matçda meydana çıxıb. Futbolçunun müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.

Aut.az
