Dünya futbolu

“Neftçi”dən ayrılan Sayefin yeni klubu bilindi

“Neftçi”nin sabiq futbolçusu Kenni Sayefin yeni klubunun adı bəlli olub.

Aut.az xəbər verir ki, o, İsrailin “Makkabi” (Hayfa) klubuna keçib.

Futbolçu “Makkabi” ilə 2 illik sözləşmə imzalayıb.

Sayef ailəvi səbəbləri əsas gətirərək, “Neftçi”dən ayrılmışdı.

2022-ci ilin yayında transfer olunmuş Sayef “Neftçi”nin heyətində 59 oyuna çıxıb, 10 qola imza atıb.