“İnter Mayami” Argentinanın “Nyuells Old Boyz” klubuyla yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb.
Aut.az xəbər verir ki, qarşılaşma fevralın 15-də MLS klubunun stadionunda keçiriləcək. Bu barədə ABŞ təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Sevimli Newellləri Mayamidəki evimizdə salamlamaqdan çox məmnunuq. “Nyuells Old Boys”un mənim üçün nə demək olduğunu nəzərə alsaq, bu, xüsusi matç olacaq. Bu, həm də şübhəsiz ki, maraqlı olacaq. Yeni mövsümə hazırlaşmaq üçün yaxşı fürsət olacaq”, – deyə “İnter Mayami”nin baş məşqçisi Xerardo Martino açıqlama verib.
Florida təmsilçisinin hücumçusu Lionel Messi də karyerasını “Nyuells Old Boyz” da başlayıb. Leo 1994-2000-ci illərdə “qırmızı-qaralar”ın gənclər komandasında çıxış edib. Daha sonra “Barselona”nın akademiyasına keçib.
Həmçinin, Rosario klubu “İnter Mayami”nin hazırkı baş məşqçisi Martino üçün də doğmadır. O, bir oyunçu kimi “Nyuell’ Old Boyz”un formasını geyinib və komandanı baş məşqçi kimi çalışdırıb.