Görün Bundesliqanın ən yaxşısı kim oldu
“Bayer”in 21 yaşlı yarımmüdafiəçisi Florian Virts Bundesliqada mövsümün ən yaxşı oyunçusu olub.
Aut.az xəbər verir ki, bu barədə Almaniya çempionatının rəsmi saytı məlumat yayıb.
Bu mövsüm Virts Bundesliqada 32 matçda iştirak edib, 11 qol vurub və 12 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 110 milyon avrodur.
Xatırladaq ki, “Bayer” tarixdə ilk dəfə Almaniya çempionu olub, həm də bütün turnir ərzində bir dəfə də olsun məğlubiyyətlə üzləşməyib. Xabi Alonsonun komandası finalda “Kayzerslautern”lə oynayacağı Almaniya kubokunun və “Atalanta” ilə Avropa Liqasının finalında qalib gələ bilər.
Aut.az
