Almaniya

“Bayer” onu 45 milyona satmadı

“Bayer” hücumçusu Kristyan Kofanı 45 milyon avroya satmayıb.

Aut.az xəbər verir ki, son günlərdə İngiltərə və Səudiyyə Ərəbistanı klubları 19 yaşlı kamerunlu futbolçu üçün təxminən 45 milyon avroya “Bayer Leverkuzen”ə təklif göndəriblər. Lakin Leverkuzen klubu bu təklifi rədd edib.

“Bayer”in bu qış əsas oyunçularını satmaq planı yoxdur. Buraya Martin Terrier və  Aleks Qarsiya da daxildir.

Kofan Bundesliqada 15 oyunda üç qol vurub.

Aut.az