Ulduz futbolçu qəzaya düşən pişiyi üçün yardım istədi
“Çelsi”nin keçmiş hücumçusu Mişi Batşuayi azarkeşlərə pişiyini xilas etmək üçün qan donoru tapılması ilə bağlı təcili müraciət edib.
Aut.az xəbər verir ki, , hazırda “Ayntraxt” (Frankfurt) klubunda çıxış edən 32 yaşlı belçikalı futbolçusosial şəbəkədə bildirib ki, onun pişiyi avtomobil qəzasına düşüb və vəziyyəti ağırdır.
“Sürətlə pişik qanı donoru lazımdır. Mənim pişiyimə maşın dəyib, əməliyyat üçün çox zəifdir və qan köçürülməsinə ehtiyacı var. Baytarlar sağlam donor axtarır. Bu, təhlükəsizdir və çox vaxt aparmır. Əgər Frankfurtdasınızsa, yaxınlıqdasanız və sağlam pişiyiniz varsa, sizin yardımınız bir həyat xilas edə bilər. Hər dəqiqə önəmlidir”, – Batşuayi yazıb.
Futbolçu həmçinin abissin cinsindən olan pişiyinin fotosunu paylaşıb və yardım təklif edən hər kəsə təşəkkür edib.
Aut.az
