AlmaniyaDünya cempionatı

Almaniyanın məğlubiyyətinə Mertsin reaksiyası: Rusiyada ələ saldılar

Almaniya kansleri Fridrix Merts ölkə millisini Dünya Kubokunun 1/16 final mərhələsində məğlub olmasına baxmayaraq tərifləyib.

Almaniya millisi Paraqvaya məğlub olaraq (1:1, 3:4 penaltilər) turnirdə iştirakını dayandırıb.

Aut.az xəbər verir ki, Merts sosial mediada yazıb:

“Ağrılı çıxışa baxmayaraq, necə də gözəl bir performans! Bu Dünya Kubokundakı fədakarlığınız və komanda ruhu ölkəmizə ilham verdi. Sizinlə fəxr edirik”.

Mertsin paylaşımı azarkeşləri çaşqınlığa salıb və bir çoxları kanslerin hansı oyunu izlədiyi haqda sual veriblər.

Almaniya kanslerinin şərhi Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kiril Dmitriyev tərəfindən lağa qoyulub.

Dmitriyev “X”də yazıb: “Merts uğursuzluqları təkrar-təkrar davam etdirməkdə mahirdir”.

Aut.az