Dembelenin durumu açıqlandı: “Bavariya”ya qarşı oynaya biləcək?
“Qızıl top–2025” mükafatının sahibi, PSJ-nin vingeri Usman Dembelenin Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Bavariya”ya qarşı matçda oynayacağı gözlənilir.
Aut.az xəbər verir ki, Liqa 1-in son turunda, “Nitsa” ilə oyunda (1:0) 73-cü dəqiqədə meydana daxil olan 28 yaşlı fransız görüşdən sonra budunun arxa hissəsində ağrı hiss etdiyini bildirib.
“RMC Sport”un məlumatına görə, futbolçu bazar ertəsi məşqdə özünü yaxşı hiss edib və narahatlıq müşahidə olunmayıb.
PSJ – “Bavariya” oyunu 4 noyabrda Parisdə keçiriləcək və Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Aut.az
