Almaniya

Üç variantı var: ABŞ-dan söhbət gedə bilməz

“Borussiya Dortmund”un mərkəz müdafiəçisi Hummels növbəti mövsüm üçün planlarından danışıb:

Aut.az xəbər verir ki, o, karyerasını Avropada davam etdirmək istədiyini bildirib.

“Qarşımda üç variant var: “Borussiya”, təqaüdə çıxmaq və ya başqa klub. İkinci variant hazırda ən az ehtimaldır. Mənim üçün ABŞ-dan söhbət gedə bilməz. Klubu dəyişsəm, mütləq Avropada qalardim”.

Hummelsin “Borussiya” ilə hazırkı müqaviləsi bu il iyunun 30-a qədərdir.

İyunun 1-i şənbə günü Çempionlar Liqasının finalında “Borussiya” “Real”la qarşılaşacaq. Bu matç Hummels üçün “Borussiya”da vida ola bilər.

Aut.az