Dünya futbolu

Suares o hərəkətinə görə üzr istədi – FOTO

“İnter Mayami”nin hücumçusu Luis Suares Liqa Kubokunun finalında “Sietl Saunders”lə oyundan (0:3) sonra etdiyi davranışa görə üzr istəyib.

Aut.az xəbər verir ki, 38 yaşlı uruqvaylı üzrxahlığını İnstaqram səhifəsində yayımlayıb .

Sentyabrın 1-nə keçən gecə “İnter” “Sietl”ə məğlub oldu və ilin ilk kubokunu qazanmaq imkanını itirdi. Amma matçdan sonra danışılan bu deyildi.

Final fitindən sonra qarşıdurma yaranıb və bu zaman Suares “Sietl”in məşqçilər korpusunun üzvünün üzünə tüpürüb. Bu, oyunçuya qarşı tənqid fırtınasına səbəb olub.

“İlk növbədə, “Sietl”i Liqa Kubokunu qazanması münasibətilə təbrik etmək istəyirəm. Amma daha da önəmlisi, oyunun sonunda davranışıma görə üzr istəmək istəyirəm. Baş verməməli olan hadisələrin baş verdiyi gərgin və məyusedici an idi, amma bu, mənim reaksiyamı bağışlamır. Səhv etmişəm və həqiqətən də üzr istəyirəm.

Bu, mənim səhvlərimdən əziyyət çəkən ailəmin qarşısında göstərmək istədiyim obraz deyil və “İnter Mayami” də bundan təsirlənməyə layiq deyil. Baş verənlərə görə üzr istəyirəm və bağışlanma diləmək üçün bu fürsəti əldən vermək istəmədim.

Bilirik ki, hələ çox uzun bir yol var və biz bu klubun və onun azarkeşlərinin layiq olduğu məqsədlərə çatmaq üçün birlikdə çalışacağıq”, – Suares yazıb.

Aut.az

Suares o hərəkətinə görə üzr istədi - FOTO