Dünya futbolu

Messiyə qarşı oyun planı belə olub: Sadəcə ayağına vur

“Çelsi”nin keçmiş yarımmüdafiəçisi Con Obi Mikel Lionel Messi və Kriştiano Ronaldonu müqayisə edib.

“Kristianonun dövründə “Mançester Yunayted”ə qarşı oynayanda bilirdik ki, Eşli [Koul] onu zərərsizləşdirə bilər. Eşli bunu bacarırdı.

Amma “Barselona” ilə hər matç… aman Allahım! Həftə boyu bütün məşqlər Messiyə həsr olunurdu. Onun yanında həmişə 2-3 oyunçu olması lazımdır, çünki tək-tək ona qarşı müdafiə oluna bilməzsən, bu, sadəcə olaraq mümkün deyil. Mümkün deyil. Bitərsiniz.

“Barselona” isə elə oynayırdı ki, onların yeganə məqsədi topu ona çatdırmaq idi. Onun işi yalnız seyr etməkdir. Bilirəm ki, hamımız onun meydançada necə hərəkət etdiyi barədə danışırıq, amma o bunu yalnız yer tapmaq üçün edir. Top ona çatan kimi hərəkət başlayır: hamı qaçır, hamı hərəkət edir. Çox çətindir. Onun topla necə davranması, topu ötürməsi…

Başa düşürəm ki, Messi və Ronaldonu adətən bir-biri ilə müqayisə edirlər, mən hər ikisinə qarşı oynamışam. Kriştiano çox şey əldə edib, amma mənim fikrimcə müqayisə ediləcək heç nə yoxdur. Mənim üçün Messi başqa planetdən olan kimidir.

Oyun planı sadəcə onun ayağına vurmaq idi, çünki topu almaq mümkün deyildi, ona yaxınlaşmaq mümkün deyildi. Sən elə bilirsən ki, az qala bunu bacarmısan və birdən Messi yoxa çıxır. Amma Kriştianoya qarşı oynayanda deyirdik: “Əh, Eş onun öhdəsindən gələ bilər”, hamısı budur”, – Obi Mikel Rio Ferdinandın YouTube kanalında deyib.

Aut.az