Razılaşa bilmirlər: bütün pulu özünə götürmək istəyir
Meksikalı boksçu Endi Ruiz WBC kəməri üçün məcburi rəqib statusu uğrunda Deontey Uaylderlə döyüşü razılaşdıra bilmir. Ona görə də başqa variantlar axtarır.
“Usik və ya Fyuri ilə döyüşmək istərdim. Biz bunu edə bilərik. Uaylderlə döyüş? Pulla bağlı problem var. O, bütün pulu özünə götürmək istəyir və mən ədalətli təklif almaq istəyirəm, hamısı budur.
“Hələ razılığa gələ bilməmişik, ona görə də başqa variantları nəzərdən keçirirəm”, – ruiz deyib.
Usikin növbəti rəqibi Filip Hrqoviç ola bilər.
Aut.az
