Səudiyyənin yüksək vəzifəli şəxsinə deyib ki…
İspaniya La Liqasının prezidenti Xavyer Tebas Səudiyyə Ərəbistanı klublarının transfer siyasəti ilə bağlı fikirlərini bölüşüb.
“Komandalarımız Avropada olan klublarla rəqabət aparır. Hazırda Səudiyyə Ərəbistanındakı klublarla oynamırıq. Səudiyyə Ərəbistanında yüksək vəzifəli bir hökumət rəsmisinə dedim: “Klub rəqabətini təşviq etmək üçün ulduz oyunçuları almaq lazım deyil, klub mədəniyyətini inkişaf etdirmək lazımdır”.
Məncə, onlar yanlış yolu seçiblər. Onların izləməyə qərar verdikləri model artıq başqa yerlərdə uğursuzluğa düçar olub”, – Tebasın sözlərini “Mundo Deportivo” sitat gətirir.
Yada salaq ki, bu yay Benzema, Neymar, Firmino, Mitrovic, Kante, Henderson, Mane və bir çox başqaları Səudiyyə Ərəbistanı çempionatına keçib. Ronaldo da ötən qışdan orda oynayır.
Aut.az.
