İndi də Türkiyə klubuna icarəyə verdilər
ÇSKA-nın argentinalı hücumçu Adolfo Qayç mövsümün sonuna kimi icarə əsasında “Rizəspor”da oynayacaq.
Aut.az xəbər verir ki, bu barədə “Championat.com”a vəziyyətlə tanış olan mənbə məlumat verib. Türkiyə klubu futbolçunun maaşını tam ödəyəcək.
Qayçlə “Soçi”, “Alanyaspor”, “Kayserispor” və “Sivasspor”un da maraqlandığı bildirilirdi.
Xatırladaq ki, Adolfo Qayç 2020-ci ilin yayında “San Lorenso”dan 8,5 milyon avroya ÇSKA-ya keçib. O vaxtdan bəri 37 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə 2025-ci ilin sonuna qədər qüvvədədir.
Qeyd edək ki, Qayç ÇSKA-nın futbolçusu olmaqla, artıq 3 dəfə Avropanın digər klublarına – İtaliyanın “Verona” və “Benevento”ya, eləcə də İspaniyanın “Ueska”sına icarəyə verilib.
Aut.az
