“Barsa” xaricdə ilk mağazasını Tbilisidə açdı
“Barselona” xaricdə ilk fan mağazasını Tbilisidə açıb.
Aut.az xəbər verir ki, şəhərin tarixi mərkəzində yerləşən “Barça Store Georgia” şənbə günü açılıb. Bu, xaricdə ilk klub mağazasıdır.
“Biz Tbilisidə “Barça Store Georgia” mağazasını açmaqdan və gürcü azarkeşlərə həvəslə dəstəklədikləri kluba daha da yaxın hiss etmək üçün unikal imkan təklif etməkdən məmnunuq”, – klubun açıqlamasında deyilir.
Layihəni dəstəkləyən gürcü iş adamı David Zakariadze deyib ki, bizim məqsədimiz hər bir azarkeşin “Blauqrananın ruhunu” həqiqətən hiss edə biləcəyi xüsusi mühit yaratmaqdır.
Kataloniya klubu İspaniyada daha iki mağaza açacaq: Malaqada və Palma de Mallorca hava limanında. Beləliklə, klub 15 mağazaya tam sahib olacaq, daha 6 mağaza isə françayzinq altında fəaliyyət göstərəcək.

Aut.az
