Ramos UFC çempionu ilə belə yumruqlaşdı – VİDEO
Yüngül çəkidə UFC çempionu (70 kq-a qədər) İliya Topuriia “Real”ın sabiq müdafiəçisi Serxio Ramos ilə məşq edib.
Aut.az xəbər verir ki, bununla bağlı video sosial mediada yayılıb.
İspan-gürcü idmançı 2015-ci ilin aprelində peşəkar qarışıq döyüş ustası kimi debüt edib.
O, 2020-ci ilin oktyabrında Şimali Amerika Matador Liqasında yarışmağa başlayıb. İliyanın 17 döyüşlük qələbə rekordu var.
39 yaşlı Ramosun son klubu bu il dekabrın əvvəlində tərk etdiyi Meksikanın “Monterrey” klubu olub.
Aut.az
