Bir saat əvvəl dərsdə oturmuşdu, bir saat sonra…
“Real”ın əfsanəvi qapıçısı İker Kasilyas maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, Madrid klubundakı macərasının necə başlamasından danışıb:
“Anam mənə Çempionlar Liqası matçı üçün “Real” ilə Norveçə uçmalı olduğumu deyəndə sinif yoldaşlarımla dərsdə idim (red – 1997/98 mövsümü “Rusenborq”la (2:0) qrup oyununu nəzərdə tutur). Dostlarla dərsdə oturan uşaqdan Fernando Morientes, Klaren Zeedorf və Raulla eyni masada əyləşən insana çevrildim”.
