Ançelottinin təsəllisi: Ötən il də “Rayo”ya qalib gələ bilmədik, amma…
“Real”ın baş məşqçisi Karlo Ançelotti qarşıdan gələn ilin komandası üçün uğurlu ola biləcəyinə inanır.
Xatırladaq ki, dekabrın 14-də “kral klubu” La Liqanın 17-ci turunun “Rayo Valyekano” ilə səfər matçında heç-heçə oynayıb (3:3).
“Keçən il də “Rayo”nu səfərdə məğlub etmədik, amma La Liqanı qazandıq. 2025-ci il “Real” üçün əla il ola bilər. Bütün zədəli oyunçular meydana qayıtdıqda, komanda daha yaxşı çıxış edəcək”, – jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində Ançelottinin sözlərini sitat gətirib.
İspaniya çempionatının 17 oyunundan sonra “Real”ın 37 xalı var və ikinci pillədə qərarlaşıb.
Aut.az
