Laporta Xaviyə belə cavab verdi
“Barselona”nın prezidentliyinə namizəd Joan Laporta klubun keçmiş baş məşqçisi Xavinin tənqidlərinə cavab verib.
Aut.az xəbər verir ki, “El Chiringuito” Laportanın sözlərini sitat gətirib: “Xavinin nəzarəti itirdiyi eyni oyunçularla Flik qalib gəlir”.
Daha əvvəl Xavi Laportanı tənqid etmiş, Messinin qayıdışına mane olduğunu bildirmişdi.
Xavi 2021-ci ildən 2024-cü ilə qədər Kataloniya klubuna rəhbərlik edib. Bu müddət ərzində o, komandanı İspaniya çempionu və Super Kubokun qalib edib.
Oyunçu kimi o, 1997-ci ildən 2015-ci ilə qədər “Barsa”da çıxış dib.
Aut.az
