İspaniya

Ançelotti: “Qızıl top” gec-tez ona veriləcək

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Qızıl top” barədə danışıb.

Aut.az xəbər verir ki, italyan mütəxəssis “Los Blancos”un cinah oyunçusu Vinisius Juniorun 2024-cü ildə mükafatı qazanmağa layiq olduğunu söyləyib:

“Düşünürəm ki, o keçən mövsüm, xüsusən də Çempionlar Liqasında etdiklərinə görə “Qızıl Top”u qazanmağa həqiqətən layiqdir. İnanıram ki, o, qalib gələcək. Bu baş verməsə belə, biz çalışmağa davam edəcəyik. Mükafat gec-tez ona veriləcək”.

Qedy edək i, ötən mövsüm braziliyalı hücumçu Çempionlar Liqasında 10 matçda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Ümumilikdə Vinisius bütün yarışlarda 39 oyun keçirib, burada 24 qol vurub və 11 məhsuldar ötürmə edib.

Aut.az