“El Klasiko”da Yamal qarşı irqçilik edilib?
“Barselona”nın vingeri Lamin Yamal İspaniya Primerasının 11-ci turunun “Real”la matçında (4:0) irqi təhqirlərə məruz qalıb.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Los Blankos” azarkeşləri 17 yaşlı futbolçunu matçın 77-ci dəqiqədə qol vurduqdan sonra təhqir etməyə başlayıblar.
Madrid klubunun fanatlarının bu hərəkəti İspaniya Kral Futbol Federasiyasının Zorakılıqla Mübarizə Komissiyası tərəfindən araşdırılacaq.
Aut.az
