Cəmi bir addım qalıb: “Əl-Nəsr” “Çelsi”nin ulduzunu alır
“Əl Nəsr” “Çelsi”nin 25 yaşlı hücumçusu Joao Feliksi 44 milyon funt-sterlinqə (50,1 milyon avro) almaq üçün müqavilə bağlamağa yaxındır.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Daha əvvəl mətbuatda portuqaliyalı futbolçunun “Benfika”ya qayıtmaq niyyətində olduğu, lakin “Əl-Nəsr”in onunla müqavilə imzalamaq üçün aktiv addımlar atdığı barədə məlumatlar yayılmışdı.
Feliks “Çelsi”yə 2024-cü ilin yayında “Atletiko Madrid”dən keçib. Hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirib. Futbolçunun London klubu ilə əmək müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.
Aut.az
