Boks

Tarixə düşəcək: Coşua-Tayson döyüşünün favoriti kimdir?

Keçmiş dünya çempionu Barri Cons Antoni Coşua və Tayson Fyuri arasında keçiriləcək döyüş haqda danışıb.

Aut.az xəbər verir ki, Barri döyüşün aşkar favoritinin də kim olduğunu açıqlayıb.

“Tayson Fyuri bu döyüşdə aşkar favoritdir. Ümumiyyətlə, o, həmişə AJ ilə döyüşmək üçün favorit olub.

Məncə, Tayson Coşua ilə döyüşmək istəyir. O, öz nəslinin demək olar ki, bütün boksçularını məğlub edib. Bu dəfə həm fərqli Tyson, həm də fərqli Coşua görə bilərik. Coşua qalib gəlsə, tarixə düşəcək”, – Cons deyib.

Aut.az