Transgender qalmaqalı ilə üzləşən İman imicini dəyişdi, tanımaz hala düşdü – VİDEO
Parisdə keçirilən Olimpiadanın qalibi olan əlcəzairli boksçu İman Xelif özünü yeni imicində nümayiş etdirib.
Aut.az xəbər verir ki, idmançının saçları açıq, sırğalar və açıq çiçəkli paltarla göründüyü video yayımlayıb. Nəzərinizə çatdıraq ki, Olimpiadada uğursuz gender testi səbəbindən Xelif ətrafında qalmaqal yaranıb və nəticədə idmançı ictimaiyyətin kütləvi tənqidi ilə üzləşib.
2023-cü ildə əlcəzairli Beynəlxalq Boks Assosiasiyası (IBA) tərəfindən keçirilən uğursuz sınaq səbəbindən boks üzrə dünya çempionatından kənarlaşdırılıb. Boksçunun “XY (kişi) xromosomunun olması və yüksək testosteron səviyyələri” olduğu bildirilib.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) “biokimyəvi test standartlarının aydın olmadığını və ABB-nin qeyri-şəffaf idarə edilməsini” əsas gətirərək, Xelifi Olimpiadaya buraxıb.
