Dünya futbolu

FİFA prezidenti rəsmən aşıqladı: Messi KDÇ-də iştirak edəcək  

Oktyabrın 20-nə keçən gecə “İnter Mayami” “New England Revolution”ı 6:2 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, matç başa çatdıqdan sonra Devid Bekhemin klubu “İnter Mayami” tarixində ilk MLS kubokunu qeyd etmək üçün mərasim keçirib.

Mərasimdə FİFA prezidenti Canni İnfantino da iştirak edib. O bildirib ki, Lionel Messi və komandası 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatında iştirak edəcək.

2025-ci il Klublararası Dünya Çempionatında FIFA formatı genişləndirdikdən sonra ilk dəfə olaraq dünyanın müxtəlif ölkələrindən 32 komanda iştirak edəcək. FİFA mundiala biletləri belə paylayıb: Avropa (12 komanda), Cənubi Amerika (6), Şimali Amerika, Afrika, Asiya hərəyə 4 yer, Okeaniya isə 1 vəsiqə əldə edib.

KÇM-nin 31 iştirakçısı artıq müəyyən edilib. Son bileti KONMENBOL təmsilçisi alacaq.

Aut.az