Dünya futboluManşet

Allahın istedad verib qarğadığı adam : O, neçə il əsa ilə gəzib?

Braziliya millisinin və “Əl-Hilal”ın üzvü Neymarla bağlı maraqlı statistika açıqlanıb.

Aut.az xəbər verir ki, 31 yaşlı futbolçunun peşəkar karyerası boyunca zədələrinin sayı və meydanlardan uzaq qalma müddəti açıqlanıb. Bu barədə Braziliya mətbuatı məqalə dərc edib.

PSG star Neymar to miss rest of season with ankle injury - ESPN

Məlum olub ki, “sambaçı” DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Uruqvayla görüşdə karyerasındakı 40-cı zədəsini alıb. O, 14,5 iilik karyerası boyunca təqribən 3 il (və ya daha artıq) yaşıl meydanlardan kənar qalıb.

Budəfəki zədəsi olduqca ağırdır. Ön çarpaz bağlarında yırtıq aşkar edilən Neymar əməliyyat olunacaq. Buna görə cari mövsümü erkən başa vuracaq. Onun bərpa prosesi ən yaxşı halda 9 ay çəkəcək. Ən pis ehtimala görə bu, 12 aya qədər uzana bilər. Bu o deməkdir ki, Neymarın karyerasının 4 ilini zədələrə həsr edilmiş olacaq.

Neymar injured as Brazil lose to Uruguay; Messi scores two in Argentina win | Football News | Al Jazeera

Qeyd edək ki, “Santos”un yetirməsi olan braziliyalı forvard peşəkar karyerasına 2009-cu ildə elə bu klubda başlayıb. Daha sonra “Barselona” və PSJ-də çıxış edib. Bu ilin yayında isə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”la 2 illik müqavilə bağlayıb.