Dünya futbolu

Messi ilə bağlı şok iddia – Bu kluba keçir

Hücumçu Lionel Messi “İnter Mayami”dən ayrılacaq.

Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Bildirilir ki, argentinalı superulduz ABŞ klubu ilə 2025-ci ilin sonunda baş çatacaq müqaviləni yeniləməyəcək. 37 yaşlı futbolçu futbolda ilk ciddi addımlarını atdığı “Nyuells Old Boyz”da karyerasını başa vurmaq üçün vətənə qayıtmaq niyyətindədir.

Qeyd edək ki, Messi 2023-cü ilin yayında İnter Mayami”yə keçib. O, klubda 32 oyun keçirib, 27 qol vurub və 17 məhsuldar ötürmə edib.