Azarkeşlər bu oyuna baxmasın, cansıxıcı olacaq – Qrizman deyir
“Atletiko”nun hücumçusu Antuan Qrizmann Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasını şərh edib.
Aut.az xəbər verir ki, “Atletiko” bu mərhələdə “İnter”lə qarşılaşacaq.
“Düşünürəm ki, bu matç azarkeşlər üçün bir az cansıxıcı ola bilər. Bizi özünü topsuz rahat hiss edən çox güclü və bərabər səviyyəli iki komandanın görüşü gözləyir. Bu, biz oyunçular üçün böyük döyüş olacaq, lakin tamaşaçılar üçünən yaxşı tamaşa olmaya bilər”, – Qrizman deyib.
“İnter” – “Atletiko” matçları fevralın 20-də və martın 13-də keçiriləcək.
Aut.az
