Azərbaycan futbolu

Nərimanın ABŞ klubundakı forma nömrəsi məlum oldu

“Kolumbus Kru”nun yeni transferi Nəriman Axundzadə ABŞ klubunda geyinəcəyi forma nömrəsini seçib.

Aut.az xəbər verir ki, Azərbaycan millisinin 21 yaşlı hücumçusu MLS klubunda 90 nömrəli formada oynayacaq.

O, “Qarabağ”da 7 nömrəli formada çıxış edirdi.

Nəriman 2029-cu il iyunun 30-na qədər MLS klubuna məxsus olacaq.