Digər

Dünya kuboku ləğv edildi

Beynəlxalq Üzgüçülük Federasiyası suya tullanma üzrə dünya kubokunun ikinci mərhələsini ləğv edib.

Aut.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Qərar Zapopan və Xalisco ştatında vəziyyətlə bağlı risklərin diqqətlə qiymətləndirilməsindən sonra qəbul edilib. Təhlil zamanı ictimai təhlükəsizlik səviyyəsi ətraflı şəkildə araşdırılıb. Yarışların martın 5-dən 8-dək keçirilməsi planlaşdırılırdı.

Suya tullanma üzrə Dünya Kubokunun Beijing şəhərində keçiriləcək superfinalına vəsiqə isə Montreal mərhələsinin nəticələrinə əsasən müəyyənləşəcək. Bu mərhələ fevralın 26-dan martın 2-dək keçiriləcək.

Aut.az