“Uilyams”ın sürücülərini Sinqapurda diskvalifikasiya etdilər
“Uilyams” komandasının sürücüləri Aleks Albon və Karlos Sayns Sinqapur Qran Prisində avtomobillərində texniki pozuntulara yol verdiklərinə görə diskvalifikasiya edilib.
Aut.az xəbər verir ki, bu barədə F1 məlumat yayıb. Albon və Sayns təsnifatda 12-ci və 13-cü yerləri tutublar. Lakin komanda yoxlamadan keçmədiyi üçün bu mövqeləri itiriblər.
Hər iki maşının DRS qaydalarına uyğun olmayan konstruktiv komponentlərə malik olduğu müəyyən edilib: hər iki tərəfdə hərəkət edən qanad elementi üçün açıqlıqlar qaydalarla icazə verilən 85 mm-dən daha geniş olub.
Sinqapur Qran Prisi oktyabrın 5-də keçiriləcək. Yarışın Bakı vaxtı ilə saat 16:00-da başlaması planlaşdırılır.
Aut.az
