O da getdi – Rəsmi açıqlama
“Ayaks” rəsmi olaraq Duşan Tadiçlə əməkdaşlığa son qoyduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, 34 yaşlı serbiyalı hücumçu ilə müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib.
“Ayrılmaq qərarı vermək çətin idi, amma inanıram ki, indi doğru vaxtdır. Düşünürəm ki, təkcə mən yox, klub da yeni həyata başlamalıdır”, – deyə Tadiç bildirib.
Tadiç 2018-ci ildən “Ayaks”da çıxış edir. Ümumilikdə serbiyalı klubda 241 oyun keçirib, 105 qol vurub və 112 məhsuldar ötürmə edib.
Aut.az
