Körpüləri yandırmaq istəmir
“Tottenhem”in hücumçu lideri Harri Keyn bu yay satılması ilə bağlı klub rəhbərliyinə təzyiq etmək fikrində deyil.
Aut.az xəbər verir ki, 29 yaşlı hücumçu doğma klubu ilə münasibətləri korlamaq istəmir.
Bu baxımdan komandaya Maurisio Poçettino rəhbərlik etməsinə baxmayaraq, Keyn “Çelsi”yə getmək istəmir. “Bavariya”ya gəlincə, hər şey “Tottenhem”in Almaniya çempionunun təklifini qəbul edib-etməməsindən asılı olacaq.
Keyn müqaviləsi başa çatana – 2024-cü ilin yayına qədər “Tottenhem”də qalmağa hazırdır. 29 yaşlı hücumçu yalnız komandanın yeni mövsümdə nəticələri nəzərəçarpacaq dərəcədə yaxşılaşacağı təqdirdə müqaviləni uzadacaq.
Aut.az
