Toyuna kimləri dəvət edəcəyini açıqladı
Yunanıstanlı tennisçi Mariya Sakkari qarşıdan gələn toyu barədə danışıb.
Aut.az xəbər verir ki, Mariya toya tennisçilərdən kimləri dəvət edəcəyini də açıqlayıb.
-Yunan toy ənənələri haqqında bir az danışa bilərsiniz? Məsələn, mənim gürcü köklərim var. Gürcüstanda isə toya ən azı 300 nəfər dəvət etməsəniz, bu, çox kiçik hesab olunur.
– Yunan toyu üçün 300 çox deyil.
– Doğrudanmı?
– Ən azı 400-500 nəfər. 500 nəfərlik kiçik bir toy planlaşdırırıq. Təsəvvür edin ki, böyük bir toyumuz olsaydı, bu, mindən çox olardı. Çünki Yunanıstanda insanlar əylənməyi sevirlər, səhər saat yeddi, səkkiz, doqquz, günəş çıxana qədər toyda qalmağı sevirlər.
– Toydan sonra soyadınızı dəyişməyi planlaşdırırsınız?
– Yox, yox. Yunanıstanda bunu etmirik. Soyadlarımızı saxlayırıq. Nişanlımla bu barədə danışmamışıq belə. ABŞ-da olduğu kimi, Yunanıstanda da soyadınızı dəyişib ərinizin soyadını götürmək adət deyil. Anam da soyadını saxladı, nənəm də. Beləliklə, hər şey olduğu kimi qalacaq.
– Həmin 500 nəfər arasında tennisçilər olacaqmı?
– Bəli, Ayla Tomlyanovic, Donna Vekiç , Belinda Bençiç və Sorana Kırstya dəvətlidirlər. Stefanos Tsitsipas və qardaşı Petros da dəvət olunacaqlar.
Birlikdə oynadığım bəzi yunan oyunçuları da var; universitetdə inanılmaz anlar yaşadıq. Novak Cokoviç dəvət olunacaq. O, qayınatamla çox yaxındır, ona görə də dəvət olunacaq. Hələlik bu qədər. O vaxta qədər siyahıya başqa kiminsə əlavə olunacağını görəcəyik – Sakkari “First&Red” “YouTube” kanalındakı videoda bildirib.
Aut.az
