DÇ-2026-ın ən dəyərli “azad agent”ləri
“Transfermarkt” 2026-cı il Dünya Çempionatında iştirak edən ən dəyərli azad agent olan futbolçuların siyahısını açıqlayıb.
Aut.az xəbər verir ki, siyahıya 22 milyon avro dəyərində qiymətləndirilən 34 yaşlı misirli hücumçu Məhəmməd Salah başçılıq edir. Onun son klubu “Liverpul” olub.
Seneqallı hücumçu Bamba Denq ikinci (15 milyon avro), türkiyəli müdafiəçi Zeki Çelik isə (14 milyon avro) üçüncüdür.
İngiltərəli müdafiəçi Con Stounz (12 milyon avro) və almaniyalı yarımmüdafiəçi Leon Qoretska (12 milyon avro) da ilk beşliyə düşüblər.
Aut.az
