DÇ-2026-da ən baxımlı futbolu bu komanda oynayır – İbranın iddiası
“Milan”, “Barselona” və PSJ-nin keçmiş hücumçusu Zlatan İbrahimoviç Meksikanın 2026-cı il Dünya Kubokunda indiyə qədər ən yaxşı futbol oynadığını düşünür.
1/16 finalda Meksika Ekvadorla qarşılaşdı və 2-0 hesabı ilə qalib gəlib.
Aut.az xəbər verir ki, “Fox Sports” İbrahimoviçin sözlərini sitat gətirib:
“Onlar həm hücumda, həm də müdafiədə yüksək intensivliklə oynayırlar. İki qol vuraraq əvvəldən kimin lider olduğunu göstərdilər. İkinci hissədə bir az yavaşlamalı idilər və qalib gəldilər. Meksika turnirdə indiyə qədər ən yaxşı performansı göstərir”.
Aut.az
