İtaliya

Ulduz futbolçu azyaşlı qızla cinsi əlaqədə ittiham olunur

İtaliya millisinin və “İnter”in müdafiəçisi Alessandro Bastoni yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda şübhəli bilinir.

Aut.az xəbər verir ki, “La Gazzetta dello Sport” qəzetinin məlumatına görə, Bastoni prokurorluqdan istintaqın başlanması barədə bildiriş alıb və iyulun 3-də dindirilməyə gələcəyi gözlənilir.

Mənbənin məlumatına görə, hadisə 2020-ci ilin iyun ayında baş verib.

Bastoni 27 yaşındadır və 2017-ci ildən bəri “İnter” də oynayır.

Onun “Real”a keçəcəyi iddia edilir.

Aut.az