Dünya futboluDünya cempionatı

Bosniya və Herseqovina millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı

Bosniya və Herseqovina millisi 2026-cı il dünya çempionatı üçün yekun heyətini açıqlayıb.

Aut.az xəbər verir ki, Sifariş ərizəsinə 26 futbolçu daxil edilib. Onların arasında 40 yaşlı Edin Ceko da yer alıb.

Bundan əlavə, daha 9 futbolçu ehtiyat siyahıya salınıb.

Bosniya və Herseqovina millisi B qrupunda Kanada, Qətər və İsveçrə yığmaları ilə qarşılaşacaq. Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Bosniya və Herseqovina millisinin heyəti:

Qapıçılar: Nikola Vasil (“Sankt-Pauli”), Martin Zlomisliç (“Riyeka”), Osman Hacikiç (“Slaven Belupo”).

Müdafiəçilər: Sead Kolaşinaç (“Atalanta”), Amar Dediç (“Benfika”), Nihad Muyakiç (“Qaziantep”), Nikola Katiç (“Şalke”), Tarik Muharemoviç (“Sassuolo”), Stepan Radeliç (“Riyeka”), Dennis Hacikaduniç (“Sampdoriya”), Nidal Çelik (“Lans”).

Yarımmüdafiəçilər: Amir Hacıahmetoviç (“Hall Siti”), İvan Şuniç (“Pafos”), İvan Başiç (“Astana”), Denis Burniç (“Karlsrue”), Ermin Mahmiç (“Slovan”), Benyamin Tahiroviç (“Bröndbü”), Armin Qiqoviç (“Yanq Boyz”), Kərim Alibeqoviç (“Red Bull Zalsburq”), Esmir Bayraktareviç (PSV).

Hücumçular: Ermedin Demiroviç (“Ştutqart”), Yovo Lukiç (“Universitatya Kluj”), Samed Bajdar (“Yagelloniya”), Haris Tabakoviç (“Borussiya Münhenqladbax”), Edin Ceko (“Şalke”).